İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton təşviş içində: İran rəsmilərinə sui-qəsd olacaq

1337 03.07.2026 22:38 Dünya A A

ABŞ administrasiyası İsrailin İran rəsmilərinə qarşı mümkün sui-qəsd planlarından ehtiyat edir.

Musavat.com xəbər verir ki, "The New York Times" qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Vaşinqton İsrailin İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçını hədəfə almasının diplomatik prosesi bitirə biləcəyindən narahatdır.

İddiaya görə, ABŞ bölgədəki müttəfiqlərindən Tehranı mümkün sui-qəsd planı barədə xəbərdar etmələrini istəyib.

İsrailin müdafiə naziri İsrael Kats da bu həftə verdiyi açıqlamada İranın yeni ali dini lideri Müctəba Xameneinin də "ölüm siyahısı"nda olduğunu bildirmişdi.

İran isə ölkə rəhbərliyinə qarşı hər hansı hücumun dərhal və güclü cavabla qarşılanacağını bəyan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR