İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Müctəba Xameneinin maliyyəçisinə sanksiya tətbiq etdi

427 11.07.2026 09:25 Dünya A A

ABŞ hökuməti "İran elitasının" maliyyəçisi, BƏƏ-də yaşayan maliyyəçi Əli Ənsariyə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, müvafuq qərar ABŞ Maliyyə Nazirliyinin İnternet saytında yerləşdirilib. Nazirliyin məlumatına görə, sanksiyalar üç İran "kölgə valyuta mübadiləsi firmasına", bir Honkonqda yerləşən firmaya və bir BƏƏ-də yerləşən şirkətə də şamil edilib.

ABŞ-ın məlumatına görə, qara siyahıya daxil olan bütün qurumlar və şəxslər İran hökumətinin "qanunsuz maliyyə fəaliyyətində" və ABŞ sanksiyalarından yayınmaqda iştirak edirlər. Bildirilir ki, Ənsari digər məsələlərlə yanaşı, İranın Ali Lideri Ayətullah Müctəba Xameneinin maraqları naminə hərəkət edir. Sanksiya tətbiq olunan valyuta mübadiləsi firmaları sanksiya tətbiq edilən İran bankları adından "hər il milyardlarla dollar" dəyərində əməliyyatlar aparıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR