ABŞ prezidenti Donald Trampın İranla atəşkəsin bitdiyini açıqlamasından sonra İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Hörmüz boğazındakı vəziyyəti Sultanlığın hakimiyyəti ilə müzakirə etmək üçün Omana gedəcək.
Musavat.com xəbər verir ki, məlumatı İRNA agentliyi yayıb. Bildirilir ki, danışıqlarda Yaxın Şərqdəki vəziyyət, xüsusən də Hörmüz boğazı və ikitərəfli münasibətlər müzakirə olunacaq.
Agentlik Əraqçinin Məskət səfəri zamanı kiminlə görüşəcəyini dəqiqləşdirməyib.
Musavat.com






