ABŞ-ın İrana münasibətdə tərəddüdləri strateji balansı dəyişə bilər.
Musavat.com xəbər verir ki, “The Spectator” üçün yazan Corc Niel bildirir ki, Vaşinqtonun hər gecikməsi ABŞ-ı daha mürəkkəb vəziyyətə salır və üstünlüyü tədricən İrana verir.
Onun sözlərinə görə, proseslərin gedişi Donald Trampın siyasi taleyinə də təsir göstərə bilər. Analitik hesab edir ki, Tramp İran məsələsində Reyqan kimi qalib lider olmaq istəyir, lakin mövcud dinamika onu Karter ssenarisinə yaxınlaşdıra bilər.
Niel vurğulayır ki, gecikən qərarlar ABŞ-ın təşəbbüsü itirməsinə, Tehranın isə mövqelərini möhkəmləndirməsinə səbəb olur.
Musavat.com






