İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasifdən özünə QADAĞA: "Səviyyəmdə olmayanlara..."

686 25.08.2022 09:25 Şou-biznes A A

"Bizim sənətdə də savadsız insanların sayı həddən artıq çoxdur. Normal cümlə qurub danışa biləcək müğənni azdır. O müğənnilərin səsi yoxdur? Xeyr var. Elə gözəl səslər var ki, sadəcə Allah həmin müğənniyə gözəl səs verib, amma intellekti yoxdur".

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Maqazin Plus" verilişində deyib. 

Müğənni özünə qadağalar qoyduğunu bildirib:

"Səviyyəmdə olan insan söz desə, qəbul edərəm. Tənqidləri qəbul edən insanam. Hətta özümə də tənqidlə yanaşan ilklərdənəm. Amma təhqirə heç kim dözməz. Sadəcə baxır kim sənə söz atır? Elə insan sənə söz ata bilər ki, ötüb keçərsən. Bilərsən ki, özünü səninlə reklam etmək istəyir. Amma sənin səviyyəndə olan insan sənə söz atar və ya söz deyər, o zaman Vasif olaraq onun cavabını verməyə qadirəm. Artıq özümə söz vermişəm ki, səviyyəmdə olmayan insanlara cavab verməyəcəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR