İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbov 1 il sonra göründü- Fotolar

5093 11.05.2024 11:21 Son xəbər A A

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbov ailəsinin fotolarını paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günündə paylaşılan ailə şəkillərində V.Talıbov xanımı, oğlu və nəvəsi ilə görüntülənib.

Sabiq sədrin ailəsi fotonu Heydər Əliyevin qarşısına gül dəstələri qoyulan portreti önündə çəkdirib.

Xatırladaq ki, mətbuatda V.Talıbovun son fotosu elə ötən ilin 10 may tarixində Heydər Əliyevin abidəsini ziyarət edərkən yayılmışdı.

Qeyd edək ki, V. Talıbov 2022-ci ilin dekabrında istefa verib.

 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR