İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Məhərrəmlidən "Qurd qapısı"nda 750 AZN hesab istənilib? FOTO

4703 04.05.2022 17:37 Gündəm A A

Əməkdar artist Vasif Məhərrəmli "Qurd qapısı" restoranında xoşagəlməz halla üzləşib. O, instaqram hesabında bildirib ki, restorana müsahibə vermək üçün gəldiyi vaxt dələduzluqla üzləşib.

Musavat.com xəbər verir ki, "Qurd qapısı"ndakı kabinetlərdən birində əyləşən müğənniyə məkanın təamları təqdim olunub. Məhərrəmli buna etiraz etdikdə isə artıq süfrədəkilərin kassa aparatına vurulduğu deyilib.

Restoranın instaqram hesabına nəzərə yetirərkən maraqlı kommentə rast gəlinib. Belə ki, istifadəçilərdən biri 750 AZN-lik çay dəstgahı yazıb və Vasif Məhərrəmlini təq edib.

Bu şərh Əməkdar artistdən restoranda 750 AZN-lik hesabın istənilməsi iddiasını ortaya qoyub. Məsələ ilə bağlı Vasif Məhərrəmli BAKU.WS-ə açıqlamasında hesabın nə qədər olduğunu bildirməyib: "Məsələ hesabdan getmir. Məbləğ 1 manat da, 1000 manat da ola bilər. Lakin məsələ onların mənə ədəbsizliyindən gedir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR