İnsanlara hürriyət, millətlərə istiqlal!

Varşavada insident - Rusiya səfirinə memorial abidəyə gül qoymasına mane olublar

464 09.05.2023 17:12 Son xəbər A A

Varşavada memorial qəbiristanlığa toplaşan etirazçılar Rusiyanın Polşadakı səfiri Sergey Andreyev və digər diplomatların yolunu kəsiblər.

Nusavat.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, əsgərlər Andreyevə gül çələngi qoymağa və Polşanın faşizmdən azad edilməsi uğrunda həlak olanların xatirəsini ehtiramla yad etməyə mane olublar. Etirazçılardan biri səsgücləndirən cihazla səfirə Georgi lentini çıxarması tələbi ilə müraciət edib. Nəticədə izdiham diplomatları maşınlarına sıxışdırıb, sonuncular xatirə qəbiristanlığını tərk etməli olublar.

Səfir qeyd edib ki, hadisə zamanı xəsarət alan olmayıb. Öz növbəsində qəbiristanlıqda işləyən polis aksiyaçıların qarşısını almaq üçün heç bir əsas olmadığını bildirib.

Ötən il mayın 9-da Varşavada sovet əsgərlərinin qəbiristanlığında anım tədbirləri zamanı naməlum şəxslər Andreyevə hücum ediblər. Ona qırmızı boya atıbllar və Qələbə bayramı şərəfinə xatirə əklili qoymağa icazə verməyiblər. Səfiri xanımı və Rusiya diplomatik missiyasının bir qrup diplomatı müşayiət edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR