İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan yolunu getmək istəməyən Araik hərəkətə keçdi - ŞOK DETALLAR

7515 02.03.2023 18:19 Gündəm A A

Xocalı görüşündən sonra separatçıların "başçısı" Araik Arutyunyan bildirdi ki, gözlənilən Brüssel görüşündə uğur görmür. 

Politoloq Samir Hümbətov Musavat.com-a açıqlamasında deyib ki, Arutyunyanın belə bir açıqlama verməsi onu göstərir ki, separatçı rejim bu və ya digər formada Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinin pozulmasının tərəfdarıdır.

thumb.jpg (316 KB)

"Bu rejim hesab edir ki, artıq Ermənistan onları müdafiə etmir. Nəzərə almalıyıq ki, Sergey Lavrov Azərbaycana gəldi. Lavrovun Azərbaycana gəlişində və verilən mesajlarda biz onu gördük ki, Rusiya Ermənistan-Azərbaycan danışıqlar prosesinin müsbət istiqamətdə getməsindən narahatlığını ifadə edir. Üstəlik, bu prosesin Avropa İttifaqı və Qərb vasitəsilə həyata keçirilməsindən çox ciddi narahatdır. Belə olan halda Rusiya məhz separatçıların əli ilə prosesləri pozmağa çalışır. Bu baxımdan hesab edirəm ki, Xocalı görüşündən sonra Arutyunyanın açıqlaması birbaşa Rusiyanın verdiyi mesajı çatdırmaqdır. Görünür, Vardanyan ortadan götürüldükdən sonra Arutyunyanın qarşısına şərt qoyublar ki, ya biz dediyimizi etməlisən, ya da səni başqa biri əvəz edəcək. Terrorçubaşı da həmin fikri səsləndirir.

ermeni.jpg (225 KB)

Xocalıda keçirilən görüş Azərbaycanın əlini gücləndirən nüanslardan biridir. Münxen Təhlükəsizlik Konfransında – istər panel iclasında, istərsə də Əliyev-Blinken-Paşinyan görüşündə bu məsələ ortada olub ki, Azərbaycan Qarabağda yaşayan erməni icması ilə görüşəcək. Amma o icma ilə ki, həmin nümayəndə Qarabağda doğulub və orada yaşayıb. Azərbaycanla münasibətləri loyaldır və bu məsələdə Azərbaycana meyllidir. Bu baxımdan hesab edirəm ki, Xocalı görüşündən sonra Azərbaycan Brüssel görüşünə əli güclü gedir və onları fakt qarşısında qoyur. Separatçıların hərəkətlərinə isə Qərb ölkələri və Ermənistan ciddi təzyiq göstərməlidir", - politoloq vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR