İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan, Qukasyan və Saakyanla bağlı SON DƏQİQƏ açıqlaması

4270 09.10.2023 11:41 Siyasət A A

“Qarabağdakı separatçıların “liderlər”inin həbsi ilə bağlı məsələ İrəvan ilə Bakı arasında həll olunmalıdır. Çünki saxlanılan şəxslər Ermənistan vətəndaşlarıdır”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qondarma qurumun keçmiş “rəhbər”lərinin Azərbaycan tərəfindən saxlanılması və Moskvanın konkret olaraq Ruben Vardanyanla bağlı nəsə tədbir görməyə hazır olub-olmaması ilə bağlı suala cavabında bildirib.

Nazir müavini qeyd edib ki, saxlanılan şəxslərin məsələsi Ermənistanla Azərbaycanın hakimiyyət orqanları arasında həll olunmalıdır: “Ən ümumi şəkildə deyə bilərəm ki, söhbət ilk növbədə Ermənistan vətəndaşlarından və ya Rusiya vətəndaşlığından könüllü olaraq imtina etmiş şəxslərdən gedir. Ona görə də, bu məsələlər ilk növbədə bu şəxslərin vətəndaşı olduqları Ermənistanla Azərbaycan Respublikasının hakimiyyət orqanları arasında həll olunmalıdır. Mən toxunmadığım vacib bir məqama da diqqətinizi çəkmək istəyirəm. Bu, o məqamdır ki, rəsmi İrəvan hansısa mərhələdə onun Qarabağ ermənilərinin taleyi ilə heç bir əlaqəsinin olmadığını və bununla bağlı bütün məsələlərin Qarabağın erməni nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında dialoq çərçivəsində həll edilməli olduğunu deməyə başladı. Çox təəssüf ki, bu baş verdi. Mən diqqətinizi buna cəlb edirəm”, - deyə rusiyalı diplomat vurğulayıb. (APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR