İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan BMT qərarından pərt olduğunu gizlətmədi

4232 17.08.2023 17:44 Siyasət A A

 

“BMT Təhlükəsizlik Şurasının müzakirəsi Laçın dəhlizinin açılması üçün kollektiv çağırış idi, lakin Azərbaycan bu çağırışa məhəl qoymasa, nə baş verəcəyi barədə heç bir söz deyilmədi. Fikrimcə, müzakirə və əksər çıxışlar Qarabağdakı vəziyyətin ciddiliyi və gərginliyi ilə müqayisə olunmaz idi. Çıxışların əksəriyyəti elə bir-birini təkrarladı”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Qarabağa ezam olunmuş erməni iş adamı Ruben Vardanyan tərəfindən səslənib.

"Bütün nümayəndələr arasında Fransanın çıxışı daha yaxşı idi. Başqa ölkələr də Azərbaycanı dəhlizi açmağa və BMT məhkəməsinin qərarına əməl etməyə çağırıb. Mozambik isə beynəlxalq ictimaiyyətin məsuliyyətindən danışıb.

Lakin heç kim etnik təmizləmədən kəlmə etmədi. Beynəlxalq mexanizmlər vasitəsilə Bakı-Xankəndi dialoqundan da söz açılmadı. Yalnız Rusiya tərəfi dialoqa eyham vurdu, amma beynəlxalq mexanizmdən bəhs etmədi”,-deyə Vardanyan bildirib.

Deyəsən Ağdam-Xankəndi yolunun açılması barədə çıxışlar erməni “desantı” cin atına mindirib. O, bu məsələnin gündəmə gətirilməsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanı tənqid etməyi unutmayıb.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR