İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner” üsyanının təfərrüatı və 14 generalın Priqojinə DƏSTƏK PLANI

707 11.07.2023 18:15 Son xəbər A A

“Vaqner” üsyanından sonra Rusiyada siyasi vəziyyətin stabilləşməsi nəzərə çarpsa da, əslində mənzərə tam fərqlidir. Ukraynada uğursuzluq fonunda yaranan gərginlikdən sonra hərbiçilərin hakimiyyətə inamı bir qədər də azalıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Reuters”agentliyinə müsahibəsində bildirib ki, ən azı 14 rus generalı “Vaqner”in yaradıcısı Yevgeni Priqojini dəstəkləyir və Putinin arxasınca getmək istəmir.

Rusiya tərəfi isə Danilovun bu sözlərini nə təsdiq, nə də təkzib edib. Eyni zamanda “Reuters”in əməkdaşları “Vaqner” üsyanının şahidi olan ruslarla da danışıblar və bəlli olub ki, onlar hadisələrdə Priqojini dəstəkləyiblər.

Xüsusilə, Moskva istiqamətində M-4 magistralının üzərində yerləşən Boquçar şəhərinin sakinləri bildiriblər ki, hərbçilər “Vaqner”ə heç bir müqavimət göstərməyiblər. Əksinə, qəsəbədə əhəmiyyətli sayda hərbi personal üsyançılara rəğbət bəsləyib.

Daha sonra Rusiya mətbuatı Priqojinin evindən tapılan parikləri, qızıl külçələri və bir çox ikonaların foto şəkilini nümayiş etdirib. İyunun 23-ü axşam saatlarında Yevgeni Priqojin bildirib ki, Rusiya ordusu “Vaqner” düşərgəsinə raket hücumu edib. Priqojin də 25 min muzdlu ilə “ədaləti bərpa etməyə” tələsib. İyunun 24-də səhər saatlarında Priqojin Rostovdakı hərbi obyektləri, xüsusən də aerodromu nəzarətə götürdüyünü, əsgərlərinin üç rus helikopterini vurduğunu söyləyib. Həmin gün muzdlular Voronejdəki hərbi obyektləri də ələ keçiriblər.

Ukrayna kəşfiyyatının məlumatına görə, həmin gün Putin təcili olaraq Moskvadan Valdaya yola düşüb.

Rusiya mətbuatının məlumatına görə, üsyan nəticəsində 20 nəfər həlak olub. Rusiya ordusu üç Mi-8 elektron müharibə helikopteri, bir Mi-8 nəqliyyat helikopteri və iki Ka-52 və Mi-35M hücum helikopteri, iki zirehli avtomobil itirib. Eyni zamanda, Hollandiyanın “Oriks” layihəsinin hesablamalarına görə, qiyam zamanı “Vaqner” Rusiya ordusunun bir İl-22M təyyarəsini və altı helikopterini sıradan çıxarıb.

Putin üsyan zamanı rus pilotların öldüyünü etiraf edib, lakin bu barədə heç bir səs-küylü açıqlama verməyib. Rusiya prezidenti hüquq-mühafizə orqanlarının rəhbərlərinə “Vaqner” üsyanını yatırdıqları üçün təşəkkür edib. Putin “Vaqnerçiləri” də unutmayıb. Onlara da qardaş qanı tökmədiklərinə görə təşəkkür edib.

Bundan əvvəl Rusiya KİV-i, Yevgeni Priqojinin iyulun 4-də Sankt-Peterburqa gəldiyini, axtarışlar zamanı ələ keçirilən silahların ona qaytarıldığını yazıb. Həmçinin bildirilib ki, üsyan cəhdindən sonra təhlükəsizlik qüvvələrinin Sankt-Peterburqda axtarışlar zamanı tapdığı 10 milyard rubl da Priqojinə geri qaytarılıb.

KONKRET.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR