İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner”lə bağlı SENSASİON FAKTLAR

1195 02.07.2023 17:43 Son xəbər A A

Yevgeni Priqojinin qiyamı zamanı yalnız hökumət qüvvələrindən itkilər olmayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Vaqner”in muzdlularından birinin adı artıq məlum olub.

Bu, Krasnodar diyarının Risosovxoz qəsəbəsinin sakini, “Çermet” ləqəbli Dmitri Zaqrafustdur. Qəsəbənin teleqram kanalında onun “Moskvaya doğru Ədalət yürüşündə (vaqnerçilərin qiyama qoyduqları ad - red.) iştirak etdiyi” göstərilib. Yazıda Dmitri Zaqrafustun Baxmut yaxınlığındakı döyüşlərdə iştirak etdiyi qeyd olunur.

Muzdlu əsgərin federal qüvvələrlə toqquşmada öldürülməsi ilə bağlı məlumatı yerli sakinlər də təsdiqləyiblər. Məlumata əsasən, qiyam zamanı “Vaqner” ÖHŞ-nin yalnız 2 üzvü öldürülüb. Lakin “Vaqner” tərəfindən ən azı 13 pilotun öldüyü də məlumdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR