İnsanlara hürriyət, millətlərə istiqlal!

Valeri Meladze həbs edilə bilər

802 07.04.2023 18:27 Şou-biznes A A

Moskva prokurorluğu müğənni Valeri Meladze ilə bağlı yoxlamalara başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti yoxlamanın aparılmasına dair göstərişin Rusiya Baş Prokurorluğundan alındığını söyləyib. Valeri Meldze haqqında “donos” verənin kim olduğu da məlum olub.

Bu ilin mart ayında “Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi” ictimai təşkilatının rəhbəri Vitali Borodin müğənninin yoxlanılması xahişi ilə baş prokurora müraciət edib. Onun fikrincə, Meladzenin çıxışlarından əldə olunan qonorar Ukrayna silahlı qüvvələrinin dəstəyinə verilə bilər.

Xatırladaq ki, Valeri Meladze Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edən ictimai xadimlərdən sayılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR