İnsanlara hürriyət, millətlərə istiqlal!

Valeri Gerasimov üzə çıxdı - SENSASİON VİDEO

3240 10.07.2023 14:52 Son xəbər A A

Rusiya Müdafiə Nazirliyi Baş Qərargah rəisi, Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı Valeri Gerasimovla çəkilmiş videoçarx nümayiş etdirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, generalın 23-24 iyun tarixlərində “Vaqner” ÖHŞ-nin qiyamından sonra ictimaiyyətə ilk görüntüsüdür.

Kadrların Ukrayna Silahlı Qüvvələrinin iyulun 9-da Krım, Rostov və Kaluqa bölgələrindəki hədəflərə S-200 raketləri ilə zərbə endirmək cəhdlərindən sonra çəkildiyi güman olunur.

Müdafiə Nazirliyinin yaydığı videoda Gerasimovun Aerokosmik Qüvvələrin Baş Qərargah rəisi Viktor Afzalovun hesabatını dinlədiyi görünür. Lakin Aerokosmik Qüvvələrin Baş komandanı Sergey Surovikin kadrda olmayıb. Halbuki o, həm də Ukraynada Birləşmiş Qüvvələr Qrupunda Gerasimovun müavini sayılır.

“Vaqner”in rəhbəri Yevgeni Priqojinin uğursuz qiyam cəhdindən sonra Surovikinin harada olduğunu bilən yoxdur. Onun həbs olunduğu güman edilir. Digər məlumatlara görə, general Surovikin dindirildikdən sonra sərbəst buraxılıb. Rusiya qoşunlarının Ukraynadakı qruplaşmasının komandir müavininin taleyi ilə bağlı rəsmi məlumat verilməyib.

Xatırladaq ki, bir gün əvvəl Böyük Britaniyanın “Daily Mail” qəzeti Rusiyadakı mənbələrinə istinadən Gerasimovun vəzifəsindən uzaqlaşdırıldığını yazmışdı. Qəzetin yazdığına görə, Yevgeni Priqojinin qiyamından və Azov alayının komandirləri Ukraynaya qayıtdıqdan sonra Gerasimovu Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Mixail Teplinski əvəzləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR