İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST-dən HƏYƏCAN TƏBİLİ: uşaqlarda mənşəyi bilinməyən hepatit aşkarlanır

1622 24.04.2022 08:25 Səhiyyə A A

Ümumdünya Səhiyyə Təşkilatı İngiltərə, İspaniya, İsrail və ABŞ da daxil olmaqla 12 ölkədə uşaqlarda aşkar edilmiş mənşəyi bilinməyən 169 hepatit hadisəsi barədə məlumatlı olduğunu bildirib.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

ÜST-ün şənbə günü Cenevrədə dərc olunan press-relizinə görə, ən çox yoluxma Böyük Britaniyada müəyyən edilib - 114 nəfər.

"Aprelin 21-nə olan məlumata görə, mənşəyi məlum olmayan ən azı 169 hepatit hadisəsi qeydə alınıb", - ÜST xəstəliyin 12 ştatda aşkar edildiyini vurğulayıb.

"O cümlədən, Böyük Britaniyada 114, İspaniyada 13, İsraildə 12, ABŞ-da 9, Danimarkada 6 hadisə qeydə alınıb.

Mənşəyi məlum olmayan hepatit İrlandiya, Hollandiya, İtaliya, Norveç, Fransa, Rumıniya və Belçikada da qeydə alınıb.

Söhbət bir aydan 16 yaşa qədər olan uşaq və yeniyetmələrdən gedir. Eyni zamanda 17 xəstəyə qaraciyər transplantasiyası tələb olunub. Ən azı bir ölüm faktı qeydə alınıb", - təşkilat bildirib.

Vurğulanıb ki, xəstəlik qaraciyər fermentlərinin səviyyəsinin artması və bir çox hallarda - qarın ağrısı, ishal və qusma da daxil olmaqla mədə-bağırsaq simptomları ilə müşayiət olunur. Qeyd olunub ki, kəskin viral hepatitlərə səbəb olan adi viruslar (A, B, C, D və E) aşkar edilməyib.

Hazırda ÜST-də mövcud olan məlumata görə, ekspertlər xəstəliyin yayılmasına səbəb olan amil kimi beynəlxalq səyahətləri qeyd etmirlər. Ən azı 74 halda adenovirus aşkar edilib. Koronavirus testi zamanı 20 halda xəstələrdə SARS-CoV-2, 19 halda isə SARS-CoV-2 və adenovirusun eyni vaxtda olması aşkar edilib.

ÜST mənşəyi naməlum hepatit aşkarlanan ölkələrə tibbi araşdırmalar aparmaq və məlumat toplamaq üçün dəstək verir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR