İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqlarda müəmmalı hepatit: 10 azyaşlı ölüb, 38-i isə…

1126 09.06.2022 08:45 Səhiyyə A A

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə ortaya çıxan və sonradan bir çox ölkədə görülən mənşəyi bilinməyən hepatit virusuna yoluxan uşaqların sayının artdığını açıqlayıb.

Musavat.com “oxu.az”a istinadən xəbər verir ki, təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında qurumun baş direktoru Tedros Adhanom Qebreyesus sirli hepatit hadisələri ilə bağlı son məlumatları paylaşıb.

Qebreyesus indiyədək 34 ölkədə 700 hepatit hadisəsinin təsdiqləndiyini, 112 hadisənin araşdırıldığını bildirib.

Virusa yoluxan ən az 38 uşağın qaraciyər transplantasiyası əməliyyatı keçirməli olduğunu bildirən Qebreyesus, 10 uşağın öldüyünü qeyd edib.

ÜST rəhbəri bəyan edib ki, təşkilat üzv ölkələrlə virusun mənbəyini araşdırmaqda davam edir.

Məlumat üçün bildirək ki, mənşəyi məlum olmayan sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomlarla müşayiət olunan hepatit 1 aydan 16 yaşa qədər uşaqlarda müşahidə edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR