İnsanlara hürriyət, millətlərə istiqlal!

Ursula fon der Lyayenə qarşı ŞOK İTTİHAM

620 29.02.2024 15:31 Dünya A A

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen öz işgüzar səfərlərində şəxsi təyyarələrdən çox istifadə edir.

Musavat.com xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Qeyd olunub ki, o, keçən il 23 belə uçuş həyata keçirib.

Avropalı siyasətçilər əvvəllər yüksək xərclər səbəbindən qatarla və ya müntəzəm uçuşlarla səyahət etməyə çağırılıb.

Bildirilib ki, 27 Avropa komissarından yalnız bir neçəsi bəzən şəxsi təyyarələrlə ezamiyyətə gedir. 2023-cü ildə ümumilikdə 29 belə uçuş həyata keçirilib ki, onların da əksəriyyəti fon der Lyayenə aiddir.

Məlum olub ki, AK rəhbəri Brüsseldən Avropa Parlamentinin binalarının yerləşdiyi Strasburqa getmək üçün üç dəfə şəxsi təyyarədən istifadə edib. Baxmayaraq ki, bu marşrutla sürət qatarı hərəkət edir.

Nəşr yazır ki, 2021 və 2022-ci illərdə fon der Lyayen şəxsi təyyarə ilə 57 dəfə uçub və bunu müntəzəm uçuşların sayının azalması ilə izah edib.

"Təəssüf ki, AK rəhbəri iqlim böhranı qarşısında hələ də şəxsi təyyarələrə arxalanır", - deyə Almaniya solçularının lideri Martin Şirdevan bildirib.

O hesab edir ki, AK sədri və üzvlərinə qatarla 6 saata çatmaq mümkün olan yerlərə uçmağa icazə verilməməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR