İnsanlara hürriyət, millətlərə istiqlal!

Umtiti karyerasını bitirir - SƏBƏB

542 17.02.2024 11:13 İdman A A

"Lill"in fransız müdafiəçisi Samuel Umtiti futbolla vidalaşmağa hazırlaşır.

Bu barədə "Diario AS" məlumat yayıb.

Xəbərə görə, 30 yaşlı mərkəz müdafiəçisi daimi zədələrdən çox yorulub və butslarını asmaq barədə düşünür.

Futbolçu ötən çərşənbə günü əməliyyat olunub. "Lill"in baş məşqçisi Paulo Fonseka bildirib ki, futbolçu zədə səbəbindən mövsümün sonuna qədər meydana qayıtmaya bilər.

Umtiti bu mövsüm "itlər"in heyətində cəmi 13 oyuna çıxıb, onlardan altısı UEFA Konfrans Liqasına təsadüf edib. Onun "Lill" ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir. (fanat.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR