İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya silah satan milyarder dünyanın ən zəngini oldu - Sərvəti gecədə İKİQAT ARTDI

1499 24.01.2026 12:46 Dünya A A

Çex iş adamı Mixael Strnad müdafiə sənayesi üzrə ən zəngin iş adamları siyahısına başçılıq edib: onun sərvəti 36,9 milyard dollar səviyyəsinə yüksəlib.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Strnadın əsas aktivlərindən biri "Czechoslovak Group" (CSG) holdinqidir, bu şirkət Ukraynaya silah tədarük edən əsas təminatçılardan biridir.

Agentliyin məlumatına görə, Strnadın sərvəti faktiki olaraq bir gecədə şirkət səhm qiymətlərinin 28% artması nəticəsində ikiqat artıb. CSG-nin ilkin səhm buraxılışı zamanı şirkət təxminən 3,3 milyard avro vəsait cəlb edib.

"Bloomberg" qeyd edir ki, holdinq Ukraynadakı müharibənin başlanmasından sonra hərbi xərclərin kəskin artımından ən çox faydalanan şirkətlərdən biri olub. 2024-cü ildə CSG Çexiyanın Ukrayna Silahlı Qüvvələri üçün sursat satınalma təşəbbüsündə əsas iştirakçılardan biri olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR