İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada siyasi böhran: Nazirin istefası "yeni Maydan"a çevrilir?

554 16.07.2026 23:08 Dünya A A

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorov Ali Baş Komandan Aleksandr Sırskini açıq şəkildə sabotajda günahlandıraraq, onun istefasını tələb edib. Bu gərginlik fonunda ölkədə genişmiqyaslı etiraz aksiyaları başlayıb və artıq bir çoxları baş verənləri "Yeni Maydan" adlandırır.

Musavat.com xəbər verir ki, keçirdiyi mətbuat konfransında Fyodorov Sırskini orduya rəhbərlik etməkdən daha çox daxili elit mübarizəsi ilə məşğul olmaqda, ölkəni parçalamaqda və Prezident Zelenskiyə "ya o, ya mən" şəklində ultimatum verməkdə ittiham edib. O, səfərbərlik və korrupsiya problemlərinin həllinin yalnız komandanlığın dəyişdirilməsi ilə mümkün olduğunu vurğulayıb. Prezident Zelenski öz növbəsində nazir ilə Baş Komandan arasında münaqişənin mövcud olduğunu və bunun kadr dəyişikliklərinə səbəb olduğunu təsdiqləyib.

İstefa xəbərindən dərhal sonra Hərbi Hava Qüvvələri komandanının müavini Pavel Yelizarov etiraz əlaməti olaraq istefa verib və Fyodorovun gedişinin ölkənin müdafiə qabiliyyətinə zərbə olacağını bildirib. Eyni zamanda, Kiyev, Lvov, Odessa, Dnepr, Jitomir, İvano-Frankovsk, Lutsk, Nikolayev, Poltava və Ternopol kimi şəhərlərdə etiraz aksiyaları başlayıb. Etirazçılar Fyodorovun vəzifəsinə qaytarılmasını tələb edir, hakimiyyəti korrupsiyada günahlandırırlar.

"Financial Times" qəzetinin məlumatına görə, istefanın əsas səbəblərindən biri çoxmilyardlıq müdafiə kontraktları ətrafındakı fikir ayrılıqlarıdır. Nəşr iddia edir ki, Fyodorov iri satınalmaların müəyyən şirkətlərə verilməsinin qarşısını aldığı üçün güclü düşmənlər qazanıb.

Ali Radanın deputatı Yaroslav Jeleznyak isə bildirib ki, Zelenskinin bu qərarı yeni bir "Maydan"la nəticələnə bilər. Fyodorovun istefası Sviridenkonun rəhbərlik etdiyi Nazirlər Kabinetinin istefası və Zelenskinin yeni hökumət formalaşdırmağa başlaması fonunda baş verib ki, bu da ölkədə ən böyük siyasi böhranın yaranmasına səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR