Rusiyanın bəzi media orqanları və teleqram kanalları Azərbaycanı yenidən hədəfə alıb. Yenə də Azərbaycan mənşəli Rusiya vətəndaşları və Azərbaycandan olan miqrantlara irqi yanaşma nümayişi müşahidə olunur.
Hüquqşünas Sahib Məmmədov bunu Musavat.com-a, Rusiyada davam edən anti-Azərbaycan ritorikası barədə şərhində bildirib. Ekspert qeyd edəb ki, Rusiyadan Azərbaycana qarşı ənənəvi üsullar və çağırışlar açıq-aydın davam etdirilir: “Əslində Rusiya mediasıda anti-Azərbaycan ritorikası hər zaman var, sadəcə zaman-zaman daha sürəkli olur. Özü də bu kampaniya o zaman vüsət alıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 4-cü Şuşa Qlobal Media Forumunda Rusiyadan olan jurnalistin sualına cavab verərkən mövcud Rusiya-Azərbaycan münasibətlərini müsbət dəyərləndirib. Sitat: “Biz Rusiya ilə münasibətlərimizə dəyər veririk və Prezident Putin də daxil olmaqla, Rusiya Federasiyası rəsmilərinin ölkələrimiz arasında münasibətlərin çox müsbət dinamikaya malik olması barədə bəyanatlarını da gördük”. Prezident münasibətlərdə çətinliklərin olduğunu da qeyd edib, amma münasibətlərin tam normallaşıb.
Azərbaycanın Xarici İşlər Nazirinin Moskvaya səfəri ərəfəsində Rusiyanın Xarici İşlər nazirliyi bəyanat verərək bildirib ki, “Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşıdır". Bəyanatda qeyd olunur ki, "Ölkələrimiz arasında münasibətlər ənənəvi dostluq və mehriban qonşuluq ruhunda ardıcıl şəkildə inkişaf edir. Fəaliyyətimiz qarşılıqlı hörmət və bir-birimizin maraqlarını nəzərə almaq prinsiplərinə söykənir".
Azərbaycan və Rusiya liderlərinin xoşməramlı açıqlamaları, diplomaktik ofislərin pozitiv bəyanat və açıqlamaları fonunda Rusiyanın təbliğat maşını növbəti anti-Azərbaycan kampaniyasına start verib”.
S.Məmmədov bildirib ki, hədəfdə həmçinin, Rusiyada yaşayan azərbaycanlılardır: “Özü də yalnız miqrantlar yox, həm də Rusiya vətəndaşı olan azərbaycanlılar. Nə baş verir? Özü də bu media orqanları, teleqram kanalları rəsmi hakimiyyətə yaxın olan media və sosial şəbəkələrdir.
Deməli, Rusiyanın daxilində və xaricində olan, amma Rusiyadakı “qırığıları” təmsil edənlər, ara vurmaq istəyən qüvvələr var. Bu media orqanlarının bir çoxu dövlət maliyyəsi ilə fəaliyyət göstərir. Marqarita Simonyanın və qeyrilərinin əlində olan bu media orqaları və sosial şəbəklərin xüsusi canfəşanlığı ilə seçilirlər”.
Ekspertin qənaətinə görə, növbəti hücum kampaniyasının bir neçə səbəbi var: “Birini yuxarıda qeyd etdim: Rusiyanın içərisidə Azərbaycanla münasibətlərin yaxşılaşmasını istəməyən qüvvələr var və onlar bütün strukturlarda yer alıblar. Fikir versəniz, məhz ənənəvi qüvvələrinin təsiri altıda olan media və sosial media aktivləşib. Digər səbəb odur ki, müharibə Rusiyada daxili vəziyyəti pisləşdirir, bu baxımdan media kənarda düşmən və rəqib axtarışını daha da sürəkli edib.
Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyaenin Ermənistana və Azərbaycana səfəri Rusiyadakı bəzi dairələri qıcıqlandırır. Bəzi teleqram kanallar o qədər irəli gedib ki, hətta bu səfərin məqsədinin Avropa İttifaqının bu ölkələri Rusiyaya qarşı hərbi plasdarma çevirmək niyyətindən irəli gəldiyini də iddia edirlər”.
S.Məmmədovun sözlərinə görə, Ukraynanın media ideoloqu Dimtri Qordonun sualına Prezident Əliyevin cavabı da görünür müəyyən qıcıq yaradıb: “Halbuki, Prezident Əliyev kifayət qədər diplomatik, həm də beynəlxalq hüququn prinsiplərinə tam uyğun cavab vermişdi. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, onun ərazilərinin ilhaq olunmasını qəbul etmir. Məsələ bundadır ki, Rusiyanın ən yaxın müttəfiqləri də təxminən bu mövqdən çıxış edir. 2022-ci ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun Vladimir Putinin iştirakı ilə keçirilən plenar iclasında Marqarita Simonyanın provokativ sualına cavab verərəkən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin “LXR” və “DXR”-i tanımadığını bildirmişdi. Yəni Prezident Əliyev Ukraynanın əraziləri barədə fikirlərini dəfələrlə açıq şəkildə bildirib.
Rusiyanın siyasi və hərbi rəhbərliyi, Xarici İşlər Nazirliyi dəqiq bilir ki, heç bir qüvvə və heç bir dövlət Azərbaycandan Rusiyaya və digər dövlətlərə qarşı nə hərbi, nə siyasi, nə iqtisadi nə də idoloji baxımdan plasdarm kimi istifadə edə bilməz. Bu, Azərbaycanın xarici siyasət kursunun əsasını təşkil edir. Bunu bildikləri halda, rəsmi təbliğat maşınının bu kmpaniyasının arxasıda kim durur və məqsəd nədir? Ümumiyyətlə, Rusiya qonşularına, o cümlədən keçmiş Sovet İttifaqı respublikaları olan suveren dövlətlərə qarşı siyasətindəki “sərt təsir” və “sərt güc” siyasətindən imtina etməlidir. Azərbaycanla dostluq, müttəfiqlik və ticarət Rusiya üçün daha sərfəlidir”.
E.Paşasoy,
Musavat.com






