İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya Avropa Birliyindən 2025 ümidi: büdcədə Kiyevə dəstək yer aldı

475 12.03.2024 21:19 Dünya A A

Avropa İttifaqı Şurası Birliyin Ukraynaya stabil yardımı nəzərdə tutan 2025-ci il büdcəsinin formalaşdırılmasına dair təlimatları razılaşdırıb.

Şuranın Brüsseldə yaydığı bəyanatda deyilir: “Şura bir daha təsdiq edir ki, Aİ tərəfdaşları ilə birlikdə Ukraynaya lazım olan müddət ərzində maliyyə yardımı göstərmək, onun dayanıqlığını və uzunmüddətli bərpasını dəstəkləmək öhdəliyinə sadiqdir”.

Bu sənəddə Şura həmçinin “2025-ci il büdcəsinin İttifaqın Ukrayna xalqı ilə həmrəyliyini nümayiş etdirməyə və əlaqəli böhranlara cavab verməyə davam etməsinin vacibliyini” vurğulayıb.

Brüsselin izahatında qeyd olunur ki, "təsdiq edilmiş təlimatlar gələn il üçün büdcənin hazırlanmasında (Avropa) Komissiyasına siyasi təlimat verəcək." Qeyd olunur ki, “Aİ-nin 2025-ci il büdcəsi ittifaq tərəfindən razılaşdırılmış uzunmüddətli məqsədlərin və siyasi prioritetlərin hazırlanması və həyata keçirilməsində əsas rol oynayır”.

2025-ci il üçün büdcə Aİ-nin 2024-cü il fevralın 1-də keçirilən sammitində təsdiq edilən 2021-2027-ci illər üçün maliyyə planına yenidən baxılması nəzərə alınmaqla formalaşacaq. Xəbər verildiyi kimi, Aİ-nin yenilənmiş uzunmüddətli büdcəsi çərçivəsində Ukraynaya 50 milyard avro (qrant şəklində 17 milyard avro və kredit şəklində 33 milyard avro) ayrılır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR