İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın NATO-ya üzvlüyü Qərbin Rusiya ilə alver predmetinə çevrilib?

279 14.07.2023 17:41 Son xəbər A A

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynanın NATO-ya üzvlük məsələsinin Rusiya ilə sövdələşmə predmetinə çevrilməsi ilə bağlı iddialara cavab verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, İCTV kanalına müsahibəsində danışıb.

"Bu versiyanın məntiq baxımından mövcud olmaq hüququ var, amma prezident Bayden də mövqeyini hər kəsin gözü önündə açıq şəkildə bəyan etdi: Ukraynanın NATO-nun üzvü olacağına heç kim şübhə etməməlidir. ABŞ prezidenti belə bir bəyanatla çıxış edəndə onun həm də müəyyən siyasi öhdəlik götürdüyü aydın görünür”, - deyə XİN rəhbəri bildirib.

Kulebanın sözlərinə görə, Ukrayna Vülnüs sammiti öncəsi birbaşa və açıq şəkildə öz tərəfdaşlarna açıq mesaj göndərib. Rəsmi Kiyevin mövqeyinə əsasən, Rusiya ilə danışıqlar Ukraynanın Alyansa üzvlüyünə təsir etməməlidir.

"NATO-ya üzvlük, şərtlər nə olursa-olsun bizim qazanacağımız bir hədəfdir",-deyə Kuleba bildirib.

Müsahibədə Kuleba ümumilikdə NATO sammitinin nəticələrindən razı qaldığını və indi Ukraynanın Alyansa göründüyündən daha yaxın olduğuna inandığını söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR