İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın gözlədiyi uzaqmənzilli raketlər yola çıxdı: gələn həftə vəziyyət dəyişəcək

1213 21.04.2024 20:14 Dünya A A

ABŞ gələn həftə ATACMS taktiki raketləri də daxil olmaqla silahların Ukraynaya ötürülməsinə başlaya bilər.

Musavat.com xəbər verir ki, bunu Senatın Kəşfiyyat Komitəsinin rəhbəri Mark Uorner deyib: "Bizə dedilər ki, prezident Co Bayden qanun layihəsini imzalayan kimi, Konqresin öz işini gördüyünə əmin olsun, bu silahlar həftənin sonuna qədər göndəriləcək".

Senator əlavə edib ki, yardım paketinə ATACMS daxil olmaqla, uzaqmənzilli silahlar daxil olacaq: "İnanıram ki, administrasiya son aylarda ATACMS hazırlamaq və təmin etmək üçün hazırlaşıb. Bu, qanun layihəsində göstərilib".

Qeyd edək ki, aprelin 20-də Nümayəndələr Palatası Ukraynaya əlavə yardımın göstərilməsi haqqında qanun layihəsini qəbul edib ki, bu da Kiyevə təxminən 61 milyard dollar məbləğində dəstəyin, o cümlədən Ukrayna ordusuna ATACMS taktiki raketlərinin verilməsini nəzərdə tutur. Senat bu təşəbbüsə aprelin 23-də baxmağa başlayacaq. Bayden qanun layihəsini Senat tərəfindən təsdiqlənən kimi imzalayacağını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR