İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın ən böyük təhlükəsizlik xəyanəti: SBU polkovniki FSB agenti imiş - diz çökdürdülər...-FOTO

2102 27.06.2026 10:51 Dünya A A

Ukrayna təhlükəsizlik polkovniki, Rusiyanın FSB agenti imiş. Bunu Ukrayna üçün qeyri-adi və sensasion hal kimi də qəbul etmək olar. Xeyli ciddi hadisədir.

Təhqiqə varaq…

Ukraynanın Təhlükəsizlik Xidməti nəzdindəki Terrorla Mübarizə Mərkəzinin keçmiş qərargah rəisi, polkovnik Dmitri Kozyura Rusiya FSB-si (Federal Təhlükəsizlik Xidməti) agenti çıxıb. Bu, istintaq və məhkəmədə tam təsdiqini tapıb.

O, savaş şəraitində dövlətə xəyanət əməlləri ilə günahkar bilinib. Və ona ən ağır cəza – ömürlük həbs verilib. Təsəvvür edirsinizmi, dövlətin əsas qoruyucu strukturu polkovnikinin müdhişliyini?

Məsələ necə olub?

Peşəkar SBU zabiti olan polkovnik Kozyuranın dövlət sirlərinə çıxışı var idi, həm də terrorizmə qarşı mübarizənin koordinasiyasına məsul idi.

2018-ci ilin mart ayında o, Vyanada (Avstriya) Rusiya FSB-si tərəfindən “verbovka” olunur, keçir onlar tərəfə. Külli miqdarda pul müqabilində o, dövlət sirrini təşkil edən xüsusi məlumatlar da daxil olmaqla, müdafiə məlumatlarını toplayıb Rusiya kəşfiyyat xidmətinə ötürəcəyinə yazılı söz verir.

Kozyura uzun müddət gizli agent kimi qalır, az gizli fəaliyyət göstərir. Görünür, Rusiya tərəfi onu sınayır. 2024-cü il dekabrında rusiyalı rəhbərlər yenidən əlaqəyə çıxır, vacib tapşırıqlar verirlər.

Moskvaya ötürdüyü ilk məlumatlar bunlar olur:

* Ukraynanın hərbi qruplarının, Təhlükəsizlik və Müdafiə Qüvvələrinin yerləşməsi və hərəkətləri barədə məlumat.
* Kritik infrastrukturun vəziyyəti, Ukrayna şəhər və bölgələrinin atəşə tutulmasının nəticələri.
* Ukraynanın yüksək hərbi, siyasi rəhbərliyinin şəxsi məlumatları və hərəkət trayektoriyaları.

24 dekabr 2024-cü il. Kozyura Kiyevdəki xüsusi konspirativ mənzilindən “Signal” messenceri vasitəsilə Ukraynaya raket zərbəsinin nəticələri, həm Toronto-Kiyev biznes mərkəzinin binasına dəyən ziyan və “Alfa” Xüsusi Əməliyyat Mərkəzi bölməsinin yerləşməsi kimi məlumatlar ötürür.

31 dekabrda Kozyura Ədliyyə Nazirliyi reyestrlərinin bərpası, 2 yanvarda Rusiya raket zərbəsindən sonra yaralılar haqqında məlumatlar və 16 yanvarda dövlət sirri olan məlumatlar barədə Moskvaya, FSB-yə mühüm məlumatlar ötürür.

Britaniya işi açıb Kiyevə ötürür…

Kozyura Kiyevdəki konspirativ evindən ayrıca telefonla və Wi-Fi routerdən istifadə etməklə Rusiyanın kəşfiyyat xidməti ilə əlaqə saxlayır. Qeyd edim ki, bunu Kiyev tərəfi açmır, amma mənim hesabımca, Kozyuranın Rusiya ilə bu gizli-məxfi əlaqəsini Ukrayna deyil, Britaniya kəşfiyyatı müəyyən edib və izləyib, tam açıb, sonra Ukrayna tərəfinə verib. Özü də Britaniya bunu Rusiya tərəfdən açıb. Onlar Rusiya FSB kəşfiyyatını Rusiya içində izləmək imkanına malikdirlər.

Məsələyə qoşulan Ukrayna SBU şifrələnmiş proqram təminatı vasitəsilə xainin cihazlarına – mobil terminallarına və kompüterlərinə daxil olur. Praktik olaraq SBU əməkdaşları sanki Kozyura ilə birlikdə yaşayır, ona audio və video nəzarəti aparırlar, sutkanın 24 saatı. Həmin proses zamanı xainin müvafiq məlumatları toplaması və düşmənə ötürməsi prosesini də ustalıqla, dəqiq şəkildə qeydiyyata ala bilirlər.

SBU bu əməliyyatı “Siçovul/Şur” adlandırıb və Kozyuradan, özü də bilmədən, “ikili agent” kimi əks-kəşfiyyat oyununda istifadə edib. Xainə bəzi səhv məlumatlar əldə etmə imkanı yaradılıb, Rusiya tərəfinə dezinformasiya, aldadıcı, yalan informasiya ötürülüb, Rusiya tərəfinə isə böyük itkilərlə zərbələr vurulub. Təhlükəsizlik xidməti ümumən Kozyuranın qanunsuz fəaliyyətinin 14 epizodunu qeydə alaraq rəsmi faktlaşdırıb. Bundan başqa.

Kozyuranın canlı əlaqələndiricisi də aşkar olur. Bu, qadağan olunmuş Regionlar Partiyasından olan keçmiş millət vəkilinin köməkçisi Şatalov olub və Rusiya tərəfi onu FSB-nin Ukrayna üzrə kəşfiyyat şəbəkəsinin kuratoru təyin edib. Vaxtilə bu şəxs “Antimeydan” işlərində fəal olub, Kiyevdə nümayişçiləri güllələyən şəxslərə Rusiyadan pul daşıyıb, hazırda Rusiyada yerləşir. Kozyura üçün də pulları bəzi xüsusi yollarla çatdırıb.

00

Nəhayət, xeyli izləndikdən və özü də bilmədən əlaqələri öyrənilib, “ikili agent” kimi istifadə olunaraq onun adı ilə düşmənə yanlış, zərərli informasiyalar ötürüldükdən sonra Kozyura 12 fevral 2025-ci ildə Kiyevdə saxlanılır. Əməliyyata şəxsən SBU-nun o vaxtkı rəhbəri Vasil Malyuk rəhbərlik edib, əməliyyatın gedişi haqqında birbaşa Zelenskini məlumatlandırıb.

Həbsindən bir gün sonra, 13 fevral 2025-ci ildə məhkəmə Kozyura haqqında girov müqabilində 11 aprelə qədər həbs qərarı çıxarıb. Məhkəmə iclasında o, günahını etiraf edib, 2012-ci ildən SBU-da xidmət etdiyini bildirib. Müdafiə tərəfi daha sonra Kozyuranın istintaqla əməkdaşlıq etdiyini və özünə qarşı ittiham irəli sürdüyünü iddia edərək ev dustaqlığı tələb edib. İmtina!

Vətənə, dövlətə xəyanətdən ağır cinayət əməli yoxdur. Belə satqınlıq bağışlanmır – nə hüquqi, nə də mənəvi. Belələrinə çox sərt yanaşılmalı!

İlqar Altay prezidentliyə namizəd oldu
İlqar Altay, İctimai Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri

P. S. Şəkildə satqın polkovnikdir, onun dizini yerə qoyduran isə öz rəisi, onu həbs edən SBU generalı Malyukdur. General saf, gözü kölgəsizdir ki, öz polkovnikini həbs edib, hələ diz üstə çökdürür...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR