İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı general: Rusiya qoşunları “Suriya” taktikasına keçiblər

719 10.04.2023 16:41 Son xəbər A A

Baxmutda vəziyyət hələ də mürəkkəb, lakin nəzarət oluna biləndir. Düşmən belə adlandırılan “Suriya” taktikasına keçib.

AZƏRTAC bu barədə qoşunların Şərq qruplaşmasının komandanı, general-polkovnik Aleksandr Sırskinin bəyanatına istinadla xəbər verir.

Sırski deyib: “Bizim igid döyüşçülərimiz öz hərəkətləri ilə “vaqnerovçu”ları zəiflədiblər. Buna görə də düşmən hazırda Baxmut uğrunda döyüşlərə xüsusi təyinatlıları və desant-həmlə bölmələrini cəlb etmək məcburiyyətindədir”.

O vurğulayıb ki, döyüşlər hər iki tərəfdən gərgin xarakter daşıyır.

“Düşmən “Suriya” taktikası adlandırılan yandırılmış torpaq taktikasına keçib. Aviasiya zərbələri və artilleriya atəşi ilə binaları və mövqeləri məhv edir. Baxmutun müdafiəsi davam edir. Vəziyyət mürəkkəb, lakin nəzarət oluna biləndir”, - deyə general-polkovnik əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR