İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada vəziyyət gərginləşdi - VİDEO

1475 05.02.2024 22:27 Dünya A A

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, son iki gündə Kiyev də daxil olmaqla Ukraynada yenidən hava həyəcan siqnallarının ardı-arası kəsilməyib:

“Xüsusən Ukraynanın Belarus və Rusiya ilə sərhədlərində vəziyyət son günlər daha da gərginləşib. Ötən gün axşam Ukrayna Ordusunun Krım ərazisində Rusiyaya məxsus hərbi bazalara endirdiyi zərbələrin ardınca gecə Donetsk vilayətinin Avdiyevka və Baxmut istiqamətində döyüşlər şiddətli hal alıb”.

Qeyd edilib ki, Donetsk vilayəti istiqamətində Novaya Mixaylovka kəndi ətrafında gedən döyüşlərdə 2001-ci il təvəllüdlü, azərbaycanlı hərbçi Murad Babayev həlak olub:

“Onu doğulub-böyüdüyü Dnepropetrovsk vilayətində dəfn ediblər. Məndə olan məlumata görə, bu, artıq müharibədə həlak olan 39-cu milliyətcə azərbaycanlı olan Ukrayna Silahlı Qüvvələrinin hərbçisidir”.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR