İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin İsrail sakinlərində yaratdığı bu xəstəlik ölkəyə 53 milyard dollardan yuxarı ziyan vuracaq - TƏDQİQAT

499 02.08.2024 20:31 Dünya A A

İsrail sakinləri arasında postravmatik stress pozğunluğu (TSSB) nəticələrinin aradan qaldırılması ölkə iqtisadiyyatına qarşıdakı beş ildə təxminən 197 milyard şekelə (53,2 milyard dollar) başa gələcək.

Musavat.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Bununla bağlı tədqiqat innovativ müalicə üsullarını inkişaf etdirən sosial təşkilatlar SFI Group və MAPS Israel tərəfindən aparılıb. Onların hesablamalarına görə, hər bir xəstənin həyatı boyu TSSB müalicəsinin dəyəri təxminən 1,86 milyon şekel (485 min dollar) olacaq. Bu məbləğ diaqnozun nə dərəcədə təsdiqləndiyindən və şəxsin müxtəlif imtiyazlar almaq hüququnun tanınmasından asılı olaraq 25 faiz arta bilər.

Təxmini iqtisadi itkilərə müalicə xərcləri, həmçinin xəstənin əmək məhsuldarlığının azalması ilə bağlı xərclər daxildir.

“Əfqan” və “Vyetnam sindromu” kimi də tanınan posttravmatik stress pozğunluğu döyüş də daxil olmaqla son dərəcə çətin həyat hadisələrindən sonra baş verən xüsusi psixi pozğunluqlar kompleksidir. Onun daşıyıcıları, keçmişdə yaşadıqlarına uzaqdan bənzəyən və ya onlarda oxşar xatirələri oyadan vəziyyətlərə düşsələr, həddindən artıq aqressiv olurlar və ya panikaya düşürlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR