İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada sonu görünməyən müharibə: savaş bu yay bitməyəcək!

678 09.06.2022 08:20 Gündəm A A

Putin Kiyevə yeni silahlar verilməsinə görə taxıl anbarlarını bombaladır, Xerson, Zaporojye və Severodonetsk uğrunda qızğın döyüşlər gedir, Qərb haubitsaları Rusiyanın sərhəd rayonlarını atəşə tutur; ekspertlərin fikrincə, Ukrayna üçün əsas iki istiqamət var

Xerson-Nikolayev cəbhəsində ümumi vəziyyət getdikcə pisləşməkdə davam edir. “Yeni Müsavat” məlumat verir ki, bunu qondarma Donetsk Xalq Respublikasının sabiq “müdafiə naziri” İqor Girkin etiraf edib. “Son döyüşlər sonucunda qarşı tərəf -Ukrayna qüvvələri xeyli itki versə də, yenə də bir neçə kilometr irəliləyə bilib. Hazırda Ukrayna Silahlı Qüvvələri Çernobaevka (Xersonun şimal-qərbində yerləşən Çernbaevka kəndi) və Snigirevka (Xersondan şimal-şərqdə) istiqamətlərində zərbə qruplarının genişləndirməyə davam edir”, - İ.Girkin vurğulayıb.

İyunun 8-nə olan digər məlumata görə, Rusiya işğalçıları Zaporojye vilayətindəki mövqelərindən geri çəkilməyə başlayıblar. Bunun iki əsas səbəbi var: itkilər vermiş birləşmələri arxa ərazilərə köçürmək, Xerson vilayətinin şimal-qərbində Rusiya ordusunun müdafiəsini gücləndirmək. Həmçinin rus hərbçiləri İnqulets çayının qərb sahilindəki ön mövqeləri qaytara bilməyib. Bu arada “Z” ordusunun hərbçiləri son bir həftə ərzində Ukraynanın Zaporoje vilayətinin Enerqodar şəhərinin 20-yə yaxın sakinini oğurlayıblar. Ukrayna Atom Enerjisi Təşkilatı bu xəbəri yayıb. Oğurlananlardan 11-i Zaporoje Atom Elektrik Stansiyasının əməkdaşıdır. Rusiya hərbçiləri Enerqodarı ələ keçirərək nəzarət etdikləri üç ay ərzində dinc sakinlərə təzyiqləri artırır. Şəhərdə cinayətkarlıq artıb. Şəxsi avtomobillər oğurlanır, mənzillər qarət olunur. Demək olar ki, internet əlaqəsi yoxdur. Bugünlərdə Zaporoje AES-in enerji-təmir bölməsinin əməkdaşı Sergey Şvetsin evinə soxularaq onu avtomatla güllələyiblər.

Rusiya müdafiə idarəsi milli mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev bəyan edib ki, Ukrayna qoşunları Rusiya ərazisini NATO-nun haubitsalarından atəşə tutur. Mizintsev elan edib ki, Xarkov vilayətində Zoloçevsk elevatorunun ərazisində Ukrayna Silahlı Qüvvələrinin bölmələri Qərb istehsalı olan artilleriya silahını, güman ki, M777 haubitsalarını yerləşdirib, Rusiyanın sərhəd rayonlarını onlardan atəşə tutur.

Belə vəziyyətdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib ki, BMT-nin vasitəçiliyi ilə İstanbulda Ukrayna tərəfi ilə görüşə hazırdır, lakin bu görüş daha çox simvolik xarakter daşıyacaq. “Vladimir Putin və Volodimir Zelenski arasında görüşün baş tutması üçün ilk növbədə danışıqlar prosesinin bərpası lazımdır”, - deyə rusiyalı diplomat vurğulayıb. Rusiya lideri Putin isə Ukraynada taxıl anbarlarını bombaladır. Rusiya prezidenti deyib ki, Qərbin Ukraynaya verdiyi yeni silahlar onu bu addıma vadar edib.

Fransa prezidenti Makron isə çex həmkarı ilə görüşdə deyib ki, rəsmi Praqa ilə Paris Ukraynada atəşkəsə nail olunmasına dəstək verəcəklər. Beləcə, hazırda Ukrayna və Rusiya qüvvələri əsasən Severodonetsk şəhəri uğrunda küçə döyüşləri aparırlar. Bu şəkildə gedişat nəyin işartısıdır? Müharibə sonu görünməyən və mənasız bir şəkil almaqdadır. Ümumiyyətlə, Ukraynada müharibə bu yay bitənə oxşamır.

Asif Nərimanlı: “Zəngəzur dəhlizi ifadəsinin Bəyənnaməyə salınmasının  strateji hədəfləri var” – JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, “mövqe müharibəsi” yeganə çıxış yolu kimi görünür: “Rusiya Donbasın işğalını başa çatdırdıqdan sonra davamlı toqquşmanın yaşanacağı təmas xəttini formalaşdırır, ABŞ Ukraynaya siyasi və hərbi dəstəyini davam etdirir, zamanla tərəflər danışıqlar masasında da müzakirələr aparır, Rusiyaya qarşı sanksiyalar yumşaldılır, yaxud müəyyən ”çıxış yolları" (neftin daha aşağı qiymətə alınması və s.) tapılır. ABŞ Ukraynanı “satmır”, Avropanı “böhranın cənginə tərk etmir”, Rusiya ilə “döyüşü davam etdirir”. Hadisələrin mümkün inkişafı belə görünür".

Onun fikrincə, Kissincerin Davosdakı məlum və məşhur çağırışı nə qoca kişinin sayıqlaması, nə də Putinin lobbiçiliyini etmək yox, “radikal qərar”ın strateji nəhəngin dili ilə gündəmə gətirməklə “ağlabatan”a çevrilməsi, “yeganə çıxış yolu” rəyinin yaradılması gedişi idi: “Kissincerdən sonra artıq Qərb liderləri daha açıq şəkildə danışırlar, hətta ”Ukraynanı sona qədər dəstəkləyənlər" belə... “Mövqe müharibəsi” dünyanın Baydenin “azad dünya və tiranlıq” adlandırdığı iki cəbhəyə bölünməsinin - Ukrayna müharibəsinin geosiyasi hədəfi budur - başlanğıcı ola bilər".

Azərbaycan tarixə bir də belə yazıldı

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova Ukrayna üçün əsas iki istiqamət olduğunu düşünür: “Severodonetski itirməmək və nəyin bahasına olursa-olsun qorumaq, çünki əks təqdirdə, Luqansk tamamilə işğalçı güclərin nəzarətinə keçmiş olacaq, digər cəbhə isə Xersonu azad etmək. Hazırda bu iki bölgə uğrunda qırğın getdiyini müşahidə etməkdəyik. Ukrayna ordusu Xersonun bəzi məntəqələrini ”təmizləyib", müəyyən qədər irəliləyib, Severodonetskdə isə ağır döyüşlər gedir. Zelenski də etiraf etdi ki, vəziyyət çətindir, ruslar bu bölgədə güclüdürlər, amma şansımız var və müqaviməti davam etdiririk. Rusiya üçün Ukraynanın şərq ərazilərində lokal hərbi nəticələr heç də asanlıqla əldə olunmur. Rus ordusu həm canlı qüvvə, həm texnika baxımdan böyük itkilər verir. Amma bununla belə, Putin ordusunun geriyədönüş yolu yoxdur və məqsəd mərhələli şəkildə Donbası tam işğal etməkdir. Buna qədər kimin nə qədər dözəcəyi sualı düşündürücüdür".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR