İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident yeganə mənzilini satdı-Bu ölkədə

275 17.07.2026 02:06 Dünya A A

Cənubi Koreya prezidenti Li Ce Myon yeganə mənzilini satdıqdan sonra şəxsi mülkiyyətində yaşayış evi qalmayıb.

Musavat.com xəbər verir ki, bu barədə prezident Nazirlər Kabinetinin mənzil siyasətinə həsr olunmuş iclasında məlumat verib.

Bildirilib ki, prezidentin Seul yaxınlığındakı Sonnam şəhərində yerləşən mənzili hələ fevral ayında satışa çıxarılmışdı.

Yonhap agentliyinin məlumatına görə, bu addım hökumətin mənzil bazarının sabitləşdirilməsi siyasəti ilə əlaqədardır. Prezident satış qərarı ilə hakimiyyətin vətəndaşlara tövsiyə etdiyi prinsiplərə özünün də əməl etdiyini nümayiş etdirməyi hədəfləyib.

Cənubi Koreya hökuməti yaşayış üçün istifadə edilməyən mənzillərin yalnız investisiya məqsədilə saxlanılmasının əleyhinə çıxış edir. Hakimiyyət hesab edir ki, boş qalan mənzillərin çoxalması bazarda təklifi azaldır və qiymətlərin artmasına səbəb olur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR