Ukraynada hava hücumu ilə bağlı həyəcan siqnalı verilib. Rusiyanın 5 ədəd "MiQ-31K"təyyarəsi havaya qalxıb.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, monitorinq kanalları “Kinjal” raketlərinin atışlarının qeydə alındığını bildirir.
İlkin məlumatlara görə, Rusiyanın "Tu-95" bombardmançı təyyarələrindən qanadlı raketlər atılıb.
Raketlərin Ukrayna ərazisinə çatması təxminən 60–90 dəqiqə ərzində gözlənilir.
Eyni zamanda, Polşa Ukraynaya hücum səbəbindən hərbi təyyarələrini havaya qaldırıb.
Musavat.com






