İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada energetikada fövqəladə vəziyyət elan olunur – Zelenski qərarı açıqladı

636 15.01.2026 03:48 Dünya A A

Musavat.com xəbər verir ki, Vladimir Zelenski Ukraynada energetika sahəsində fövqəladə vəziyyət rejiminin tətbiq ediləcəyini bəyan edib.

Prezidentin sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar Kiyevdə koordinasiya qərargahı yaradılacaq. Qərargahın əsas məqsədi paytaxtda və regionlarda yaranmış problemlərin operativ şəkildə idarə olunmasıdır.

Zelenski bildirib ki, əhali və icmaların dəstəklənməsi üzrə işlərin əlaqələndirilməsi energetika naziri vəzifəsini icra edən Denis Şmıqala həvalə edilib.

Qeyd edək ki, Ukraynada energetika infrastrukturu son dövrlər ciddi təzyiqlərlə üzləşib və hakimiyyət vəziyyəti nəzarətdə saxlamaq üçün fövqəladə tədbirlər görür.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR