İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada daha bir soydaşımız həlak oldu

555 08.12.2023 10:30 Dünya A A

Ukraynanın azadlığı uğrunda müharibədə daha bir azərbaycanlı gənc həlak olub.

Musavat.com bildirir ki, bu barədə sosial mediada məlumat yayılıb. Bildirilir ki, soydaşımız Ağacanov Vasif İbrət oğlu Ukraynanın işğaldan azad olunması uğrunda döyüşlərdə canından keçib. “Bu çətin dönəmdə ailəsinə və sevənlərinə başsağlığı veririk. Vasif ürəyimizdə cəsarətin və vətən sevgisinin simvolu olaraq qalacaq”-paylaşımda bildirilir.

Qeyd edək ki, Ukrayna uğrunda müharibədə həlak olan soydaşlarımızın dəqiq sayı tam bilinməsə də, hərbçilərin sayının 50-yə çatdığı barədə məlumat var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR