İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTO

1478 18.07.2022 11:12 Region A A

Ukraynada gedən ağır döyüşlər zamanı daha bir azərbaycanlı - Kərim Qulamov həlak olub.

Musavat.com-un Oxu.Az-a istinadla xəbərinə görə, bu barədə yaxınları Kərim Qulamovun şəxsi “Facebook” səhifəsində məlumat yerləşdirib.

Kərim Qulamov Ukraynanın Obuxov şəhərində doğulub, son bir neçə ili isə İrpen şəhərində yaşayıb.

Qeyd olunur ki, 35 yaşlı Kərim Qulamov Ukraynanın M1 musiqi telekanalında aparıcı kimi fəaliyyət göstərib.

Müharibə başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşulan həmyerlimiz Ukraynanın şərqində gedən döyüşlərdə iştirak edib.

Xatırladaq ki, fevralın 24-dən etibarən Ukraynanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bir neçə azərbaycanlı həyatını itirib.

Onların sırasında 2022-ci ilin martın 27-də Kiyev uğrunda gedən döyüşlərdə həlak olan Elnur Həsənovun, Donetsk vilayəti uğrunda gedən toqquşmalarda həyatını itirən Məmmədov Fuadın, Volnovaxa istiqamətində gedən döyüşlərdə həlak olan Eyyubov Asəfin adını çəkmək olar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR