İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna və 6 Avropa ölkəsi yeni qaz dəhlizi yaradır

553 19.01.2024 20:17 Dünya A A

Ukrayna və altı Avropa ölkəsinin qaz nəqli sistemi operatorları (QTS) Cənub-Şimal dəhlizinin yaradılmasına dair memorandum imzalayıblar.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Telegram kanalında məlumat verilib.

Məlumatda qeyd olunur ki, Ukrayna, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Slovakiya və Moldovanın qaz nəqli sistemlərinin operatorları Cənub-Şimal dəhlizinin (“Şaquli dəhliz”) yaradılması üzrə əməkdaşlıq memorandumu imzalayıblar.

Memoranduma əsasən Yunanıstanın LNG terminalları, TransBalkan Boru Kəməri, Ukraynanın yeraltı anbarları və Mərkəzi Avropadakı istehlakçılar arasında əlaqə yaradılacaq.

Ukrayna Nazirlər Kabinetinə görə, “bu saziş, ilkin hesablamalara əsasən, Ukraynanın QTS operatoruna hər il Ukrayna vasitəsilə Rumıniyadan Mərkəzi Avropa ölkələrinə 7 milyard kubmetrdən çox qaz tədarük etməyə imkan verəcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR