İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün NATO qapıları açılır

894 10.07.2023 18:27 Son xəbər A A

Alyans dövlətləri Ukraynanın NATO-ya üzvlüyü yolunda Üzvlük Fəaliyyət Planının tətbiq olunmayacağı tələbi ilə razılaşıb və planın ləğv edilməsinə qərar verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nauseda Alyansın Vilnüsdə keçirilən sammiti ərəfəsində mətbuat konfransında bildirib.

"Xüsusi olaraq Ukrayna üçün Üzvlük Fəaliyyət Planı geri götürüləcək, bu, irəliyə doğru çox müsbət addımdır. Bu, Ukraynanın NATO-ya gedən yolunu asanlaşdıracaq", - deyə Litva prezidenti bildirib.

Nauseda Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyü üçün daha çox dəstəyin verilməsinin vacibliyini vurğulayıb.

"Bu baxımdan biz daha çox şifahi vədlərin verildiyi Buxarest sammitinin dilindən kənara çıxmalıyıq. Ukraynanın bu gün çox konkret siqnallara ehtiyacı var. Şərtlər imkan verdikdə biz artıq nəinki kağız üzərində, reallıqda bu ölkənin NATO-ya daxil olmasına çalışmalıyıq", - deyə Litva lideri qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR