İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak olub

495 18.08.2023 12:35 Hadisə A A

Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələrinin azərbaycanlı hərbçisi Əliyev Rafiq Hacıqulu oğlu Zaporojye istiqamətində həlak olub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, əslən Azərbaycanın Astara rayonunun Pensər kəndindən olan 1981-ci il təvəllüdlü Ukrayna vətəndaşı R.Əliyev bir müddət əvvəl itkin düşüb. Bu yaxınlarda isə onun meyiti tapılıb.

Hazırda onun nəşi cənub istiqamətində morqların birindədir.

R.Əliyev müharibəyə qədər Ukraynada Luqansk vilayətinin sakini olub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR