İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın strateji hədəflərini VURDU - Baş Qərargahdan TƏCİLİ AÇIQLAMA VİDEO

864 23.01.2026 18:19 Dünya A A

Ukrayna hərbçiləri Rusiyanın strateji obyektlərini dəqiq zərbələrlə hədəf alıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xüsusilə, Penza vilayətində yerləşən “Penzanefteprodukt” neft bazasında yanğın baş verib. Hazırda obyektə dəymiş zərərin miqyası dəqiqləşdirilir.

Bundan əlavə, Krımda yerləşən “Podlet” radiolokasiya stansiyasının vurulduğu təsdiqlənib.

Eyni zamanda, Donetsk vilayətinin işğal edilmiş ərazilərində və Rusiyanın Belqorod vilayətində Rusiyanın canlı qüvvəsinin toplandığı məntəqələr də zərərsizləşdirilib. İtkilər hələ dəqiqləşdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR