İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyadan bu qədər təzminat tələb edir - ŞOK MƏBLƏĞ

1810 02.02.2024 11:03 Dünya A A

Ukraynanın Rusiya ilə müharibədə itkiləri 1 trilyon dollara çatıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko deyib.

"Kiyevin hesablamalarına görə, söhbət 750 milyard dollarlıq birbaşa ziyandan gedir. Dolayı itkiləri də əlavə etsək, bu rəqəm 1 trilyonu keçir", - deyə Ustenko bildirib.

Qeyd edək ki, 2022-ci ilin iyulunda Ukraynanın baş naziri Denis Şmıqal ölkənin bərpası üçün 750 milyard dollara ehtiyac olduğunu bildirib. O, hökumətin ölkəyə dəymiş bütün zərərin qeyd olunacağı elektron xəritə hazırladığını açıqlayıb.

Baş nazirin fikrincə, əsas bərpa mənbəyi Rusiya və rus oliqarxlarının müsadirə edilmiş hesabları olmalıdır.

Xatırladaq ki, fevralın 1-də Avropa Şurası Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya yardımın maliyyələşdirilməsi üçün istifadə edilməsi təklifini təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR