Ukraynanın Rusiyanın Rostov vilayətində PUA bazasına endirdiyi zərbə çox ağır nəticələrə səbəb olub.
Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, kəndin yaxınlığında yerləşən dron bazasına endirilən zərbə bazadakı hərbi sursat başlıqlı dronların partlamasına gətirib çıxarıb.
Rusiya mətbuatının yazdığına görə, PUA hücumu nəticəsində vilayətin Krım kəndindəki istehsalat zavodunun ərazisində yanğın baş verib. Buna görə də Rusiya hakimiyyəti zədələnmiş obyektlərin hüdudlarında fövqəladə vəziyyət rejimi tətbiq edib. Məlumatı Myasnikovski rayonunun rəhbəri Andrey Torpudjiyan öz Telegram kanalında açıqlayıb.
Qeyd edək ki, Ukraynanın 3 gün əvvəl zərbə endirdiyi Saratov vilayəti Engels şəhəri yaxınlığında yerləşən hərbi aerodrom ərazisində yanacaq anbarlarında başlanan yanğın hələ də davam edir.
Musavat.com