İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusundan gözlənilməz addım

1845 19.01.2026 02:31 Dünya A A

Müharibənin gedişində yeni mərhələnin başlandığına dair siqnallar verilir.

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sırski Ukrayna ordusunun əks-hücum planlarını açıqlayaraq, cəbhədə strateji təşəbbüsün ələ keçirilə biləcəyini bildirib.

Sırskinin sözlərinə görə, Rusiya 2026-cı ildə ən azı 11 yeni diviziya formalaşdırmağı planlaşdırır və bu məqsədlə 409 min nəfərin çağırılması nəzərdə tutulur. O qeyd edib ki, Moskvanın ümumi səfərbərlik potensialı 20 milyondan çox qiymətləndirilir və bunun təxminən 4,5 milyonu artıq hazırlıqlı ehtiyat qüvvələrdir.

Baş Qərargah rəisi hesab edir ki, bu il müharibədə Ukraynanın xeyrinə strateji dönüş mümkündür. Lakin bu ssenarinin reallaşması hərbi imkanlarla yanaşı, beynəlxalq dəstək, logistika və siyasi iradə kimi bir çox amillərdən asılı olacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR