İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu mayda əks-hücuma keçir: ilginc detallar - CANLI

604 28.04.2022 15:30 Gündəm A A

Ukraynada müharibənin dönüş anı mayda olacaq". Bu barədə “The Guradian”ın məqaləsində bildirilib. Məlumata görə, Ukrayna Silahlı Qüvvələri hazırda irimiqyaslı əks-hücuma keçmək qabiliyyətinə malik deyil:

“Ukraynada müharibənin dönüşü gələn ay (may ayını nəzərdə tutur) - Qərb silahlarının sonuncu dalğası ölkəyə gəldikdən, o cümlədən ABŞ qaubitsaları ilə Almaniya və Böyük Britaniyanın zenit qurğuları alındıqdan sonra baş verəcək” .

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Qərbdən güclü silahlar alacaqlarını və bundan sonra ölkə ərazisini azad etmək üçün aktiv hücum əməliyyatlarına başlayacaqlarını bildirib.

"Son bir neçə həftədə Liviyadan Kremlin dəstəklədiyi "Vaqner" özəl hərbi şirkətinin 200-dək rusiyalı döyüşçüsü və minədək suriyalı çıxarılıb".
Bu barədə məlumatı “Financial Times” qəzeti Qərb və Liviya rəsmilərinə istinadla yayıb. Məqalədə qeyd olunur ki, Moskva Liviyada hazırda 5 minədək muzdlu döyüşçü saxlamaqda davam edir. Liviyanın aparıcı rəsmisi də Rusiyanın bu ölkədən muzdlularını çıxardığını deyib, amma rəqəm açıqlamayıb.

TVMusavat-ın canlı yayınında AĞ Partiya sədrinin müavini, siyasi ekspert Əhəd Məmmədli ilə gündəmi müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR