Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarındakı Taman limanına hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində liman terminalları zərər görüb, 4 neft məhsulları anbarı yanıb.
Qubernator bildirib ki, hücum nəticəsində müəssisənin iki əməkdaşı həlak olub, bir neçə nəfər xəsarət alıb.
Sonradan Krasnodar diyarının operativ qərargahı məlumat yayıb ki, Taman limanına edilən hücumda ölənlərin sayı üç nəfərə çatıb. Hücum nəticəsində səkkiz nəfər xəsarət alıb və müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Dünən Rusiya KİV-ləri Adıgey Respublikasında (Rusiya) bir evə pilotsuz aparatın düşdüyünü xəbər verib. Sonradan məlum olub ki, həmin binaya Rusiya hava hücumundan müdafiə raketi düşüb.
Respublika rəhbəri Murat Kumpilov bildirib ki, dağıntıların altından insan qalıqları tapılıb.
Musavat.com






