İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna DİN: Ölkəni qanunsuz tərk edən kişilər qayıtdıqdan sonra cəzalandırılacaq

358 25.05.2023 14:48 Gündəm A A

Ukraynanı qanunsuz tərk edən kişilər qayıtdıqdan sonra cəzalandırılacaqlar.

APA xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko "RBC" Ukrayna agentliyinə müsahibəsində bildirib.

Nazir bildirib ki, Ukraynada müharibə zamanı ölkəni qeyri-qanuni tərk edən kişilərin cəzalandırılması üçün qanun layihəsi hazırlanır və bu, parlamentlə hökumətin birgə təşəbbüsü olacaq.

Onun sözlərinə görə, hazırda sərhədi qanunsuz keçib, yenidən Ukraynaya qayıdanlara qarşı heç bir cəza yoxdur:

“Hazırda belə qaydalar və məhdudiyyətlər müəyyən edilməyib, amma düşünürəm ki, müharibə başa çatdıqdan sonra dövlət hər bir vətəndaşa müharibə zamanı nə etdiyini xatırlatmaq üçün hər şeyi edəcək. Mən sərhədi qanunsuz keçənləri nəzərdə tuturam”, - deyə Klimenko bildirib.

Xatırladaq ki, Ukraynada hərbi vəziyyət elan olunan gündən etibarən 18-60 yaş arası kişilərin xaricə çıxması qadağandır, lakin bəzi istisnalar var və vətəndaşların müəyyən kateqoriyaları Ukraynanı tərk edə bilər.

Onların arasında sağlamlıq imkanları məhdud kişilər, çoxuşaqlı valideynlər, sürücülər, könüllülər, dənizçilər, idmançılar, mədəniyyət xadimləri, xalq deputatları, nazirlər yer alır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR