İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna bu il müharibəni uduzmağa başlayacaq, əgər... – Bloomberg

913 29.02.2024 19:42 Dünya A A

Qərb Ukraynaya silah-sursat tədarükünü artırmasa, Rusiya ordusu cəbhədə əhəmiyyətli ərazi uğurları əldə edə bilər.

Musavat.com-un məlumatına görə, "Bloomberg" vəziyyətlə tanış olan, adı açıqlanmayan mənbəyə istinadən yazır ki, bu, Ukrayna rəsmilərinin narahatlığıdır.

Agentlik bildirir ki, Ukrayna qüvvələri Rusiyanın hücumlarının qarşısını almağa çalışır, lakin Kiyevin döyüş meydanındakı vəziyyətlə bağlı daxili qiymətləndirmələri getdikcə daha az ümidverici olur.

Avropa rəsmisi "Bloomberg"ə bildirib ki, Rusiyanın Avdiivka və yaxınlıqdakı bir neçə kəndi ələ keçirməsi Ukraynanın müttəfiqləri üçün həyəcan siqnalı olmalıdır.

Karnegi Fondunun Rusiya və Ukrayna üzrə mütəxəssisi, tanınmış hərbi analitik Maykl Kofman Agenliyə deyib: “Ukrayna bu il müharibəni uduzmağa başlaya bilər”.

"Bloomberg"ə adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə, Ukrayna kəşfiyyatının qiymətləndirmələrinə əsasən, Rusiya prezidenti Vladimir Putin böyük şəhərləri, o cümlədən Kiyev və Odessanı ələ keçirmək məqsədindən əl çəkməyib. Ukrayna rəhbərliyinə yaxın mənbənin sözlərinə görə, cari kampaniyanın nəticələrindən asılı olaraq, Rusiya ləng irəliləyişini davam etdirmək, yaxud dayandıraraq bu yay Ukrayna xətlərini yarmaq üçün daha böyük bir zərbəyə resurs toplamağa qərar verəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR