İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ABŞ-dan bu silahları İSTƏDİ -SİYAHI

813 07.12.2023 14:39 Dünya A A

Ukrayna Müdafiə Nazirliyi ABŞ-dan Kiyevə THAAD raketdən müdafiə sistemləri, “F/A-18 Hornet” qırıcıları, “Apaçi” və "Black Hawk" helikopterləri verməyi xahiş edib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna rəsmiləri Vaşinqtonda keçirilən konfransın qapalı iclasında amerikalılara siyahı təqdim ediblər.

Bundan əlavə, Kiyev “C-130 Hercules” və “C-17 Globemaster” hərbi-nəqliyyat təyyarələri də istəyib.

Dekabrın 5-də ABŞ Senatında çoxluq təşkil edən respublikaçıların lideri Mitç Makkonnell partiya həmkarlarını Ağ Evin Ukraynaya tələb etdiyi yardımı dəstəkləməməyə çağırıb. Söhbət ABŞ prezidenti Co Baydenin 106 milyard dollar tələbindən gedir. Bu pulun 60 milyarddan çoxunun Ukraynanın ehtiyaclarına xərclənməsi planlaşdırılır. Dekabrın 5-də ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Konqres Ukraynaya yardım üçün əlavə vəsaiti təsdiqləməsə, ABŞ Ukraynanın məğlubiyyətinə görə məsuliyyət daşıyacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR