İnsanlara hürriyət, millətlərə istiqlal!

Uest və Kardaşyanın qızı dişlərinə brilyant qapaq taxdırıb

747 19.01.2024 12:02 Dünya A A

Reper Kanye Uest və realiti şou "ulduzu" Kim Kardaşyanın qızı Nort dişlərinə brilyant grillz taxdırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, TikTok sosial şəbəkəsindəki səhifəsində foto paylaşıb.

“Ulduz”ların 10 yaşlı qızı atasının 850 min dollarlıq titan diş protezini nümayiş etdirdiyi barədə paylaşım edib.

Nort dörd dişini tamamilə almazla örtüb, daha bir neçəsi kontur boyunca qiymətli daşlarla bəzədilib. Deyəsən, qız reper atasının uyğun hərəkətindən ilhamlanıb.

Ondan əvvəl Uest özü də yeni görünüşünü Bond personajı ilə müqayisə edərək yeni titan protezini nümayiş etdirib.

Strukturu quraşdıran doktor Tomas Connelli Uest ilə işləməkdən həzz aldığını bildirib. O, reperin sənətə və stomatologiya elminə bənzərsiz baxışının onlara “yeni obraz” yaratmağa imkan verdiyini vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR