İnsanlara hürriyət, millətlərə istiqlal!

TV Müsavat yəhudi küçəsində: müharibənin ortasında SAKİTLİK ADASI - FOTO, VİDEO

2221 10.10.2023 21:38 Son xəbər A A

Bu günlərdə dünya İsrail-Fələstin qarşıdurmasından danışır. Hər iki millətin nümayəndələri, onların itkiləri, faciələri xəbər məkanının ana mövzularıdır. Əlimiz İsrailə, orda yaşayan insanlara çatmasa da, Bakıdan 2 saatlq məsafədə yerləşən, “yəhudi məskəninə” baş çəkmək qərarına gəldik. Amerika və İsraildən sonra yəhudilərin ən kompakt yaşadığı məkan Qubanın Qırmızı qəsəbəsidir. Bura başqa dünyadır. Burada yaşayanların da öz dünyası, öz gerçəkləri var.

Qubada dağ yəhudilərinin yaşadığı “Qırmızı qəsəbə” digər kəndlərdən çox seçilir. Qudyalçayın sol sahilində yerləşən bu kənd elə həmin çayın üzərindəki körpüdən başlayır. Bura həm də Qafqazın qüdsü, milyonçuların məskəni deyirlər. Hazırda bu qəsəbənin 288 yaşı var. 1926-cı ilə qədər bu qəsəbə yəhudilərin qəsəbəsi, sonra qırmızı qəsəbə adlandırılın. Qəsəbənin adı buradakı evlərin qırmızı kirəmitinə görə belə seçilib.
Qubanın mərkəzindən 15 dəqiqəlik maşın yolu məsafəsində olan bu qəsəbəyə girəndə diqqəti daha çox sakitlik, maşınsız və insansız yollar çəkir. Küçələri gəzdikcə adamda elə təəssürat yaranır ki, bura unudulmuş qəsəbədir. Təmtataqlı evlər, şüşə kimi parıldayan asfaltlar, bahalı maşınlar var, amma insanlar yoxdur... Dəbdəbəli, təmirli, fəqət unudulmuş qəsəbə...Bizim səfərimiz oktyabr ayına təsadüf etdiyi üçün təkəm-seyrək insanları görmək mümkündür. Qışda isə Qırmızı Qəsəbədə qocalar və uşaqlar qalır. Statistikaya nəzər salsaq, qəsəbədə 3200 insan yaşayır. Amma hansı fəsildə, hansı aralıqda... bunlar mübahisəli məsələlərdir. 

2b0066aa-afcf-4c7a-ac91-ed643c404289.jpg (450 KB)

Burda artıq bir neçə yüz ildir ki, dağ yəhudiləri yaşayır. Onların əcdadları Qafqaza 5-ci əsrdə gəliblər. Bu gün Qırmızı Qəsəbə Qafqaz regionunda dağ yəhudilərinin kompakt yaşadığı yeganə ərazidir. Öz adətləri, ənənələri, öz dulləri – cuhur dili var. Qəsəbə həm də bir çox imkanlı adamların məskənidir. Bu var-dövlət isə onun hamar yollarında, dəbdəbəli villaları və maşınlarında özünü göstərir.

Bu qəsəbənin adəti belədir ki, imkanlı adamlar birmənalı şəkildə kasıb həmyerlilərinə kömək edir. Oranın varlıları isə pulu Qubada yox, Rusiyada, Amerikada, Avropada qazanırlar.

Bura isə qəsəbənin sinaqoqudur. Hər tərəfdə təhlükəsizlik kameraları var. Amma qapısı bağlıdır, ətrafda videoçəkiliş aparmaq da qadağandır.
Biz qırmızı qəsəbədə olduğumuz gün İsrail-Fələstin qarşıdurması yenicə başlamışdı. Bəlkə də bir neçə saat. O baxımdan insanlar da təlaşlı görünmürdü... Rəyini soruşmaq istədiklərimiz isə bu sualları zamana buraxmaq istədiklərini dedilər. Onları anlamaq lazımdır. Bu cür sakit məkanda, təbiətin qoynunda yaşayıb, od-alov, dağıntı barədə nəinki danışmaq, düşünmək belə əzabdır...

Sevinc Telmanqızı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR