İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan kimdir? - DOSYE

7701 03.06.2023 23:41 Gündəm A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 iyun 2023-cü ildə açıqladığı yeni kabinetdə keçmiş MİT başqanı Hakan Fidan xarici işlər naziri təyin olunub.

Azərbaycanı ən çox maraqlandıran isimlərin arasında Hakan Fidan da var.

Musavat.com Hakan Fidanın təcümeyi-halını təqdim edir: 

Hakan Fidan 1986-2001-ci illər arasında Türkiyə Silahlı Qüvvələrində kiçik zabit  kimi xidmət edib. O, könüllü olaraq hərbi xidmətinə son qoyub və Merilend Universitet Kollecində İdarəetmə və Siyasi Elmlər üzrə bakalavr dərəcəsi alıb.

Bilkent Universitetində “Xarici Siyasətdə Kəşfiyyatın Rolu” adlı dissertasiya işi ilə magistr dərəcəsini, 2006-cı ildə isə həmin universitetdə “İnformasiya dövründə diplomatiya: İnformasiya texnologiyalarının xarici siyasətdə istifadəsi” mövzusunda dissertasiya işi ilə doktorluq dərəcəsini alıb.

H.Fidan Akademik təhsilini Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyində, BMT-nin Cenevrədəki Silahsızlanma İnstitutunda və Londondakı Verification Technologies Araşdırma Mərkəzində davam etdirib. Hacettepe və Bilkənd universitetlərində akademik vəzifəsində də çalışıb.

Fidan həmçinin 2001-ci ildən NATO-nun Çevik Hərəkət Korpusunun Almaniyadakı qərargahında çalışıb və 2 il Avstraliya Türkiyə səfirliyində baş siyasi və iqtisadi məsləhətçi vəzifəsini icra edib. 2003-cü ildə Türkiyə Baş nazirliyində Türk Əməkdaşlıq və İnkişaf İdarəsinə təyin edilib.

14 noyabr 2007-ci ildə Baş nazirlik müşavirinin müavini vəzifəsinə təyin edilən Fidan, 2008-ci ilin noyabrında Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin üzvü təyin edilib. O, həmçinin 2008-ci il martın 8-də Beynəlxalq Əhməd Yəsəvi Universitetinin qəyyumlar şurasının üzvü olub, lakin 2011-ci ilin fevralında bu vəzifədən istefa verib.

Hakan Fidan 15 aprel 2010-cu ildə Milli Kəşfiyyat Təşkilatının müşaviri vəzifəsinə təyin edilib. O, Əmrə Tanerin səlahiyyət müddəti bitdikdən sonra, 25 may 2010-cu ildə MİT-in müşaviri vəzifəsinə təyin edilib. Bununla da o, Türkiyə Cümhuriyyətinin ən gənc MİT müşaviri kimi tarixə düşüb.

Hakan Fidan Prezident Ərdoğanın ən yaxın və güvəndiyi şəxslərdən biridir. O, FETÖ terror təşkilatına qarşı mübarizədə xüsusi fərqlənmiş türk bürokratlarından ən öndə gələnidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR